First slide

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub

21 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub.

Press.az xəbər verir ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır.

“Uzaq-uzaq diyarlarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.

Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.

Cizgi filminin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.

Azərbaycana həsr olunan yeni seriyanı cizgi filminin rəsmi “YouTube” kanalından izləmək olar.

Oxşar xəbərlər
OTACI
OTACI