First slide

Cəlilabadda dumanlı hava qəzaya səbəb oldu

20 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisəyə səbəb kimi havanın dumanlı olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

///Report

Oxşar xəbərlər
OTACI
OTACI