Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Latviya Belarusla sərhəddə fövqəladə rejim müddətini uzatdı

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Latviya Belarusla sərhədində davam edən miqrasiya böhranı ilə əlaqədar olaraq, dörd sərhəd bölgəsində fövqəladə rejimin 10 fevral 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.

Press.az xəbər verir ki, Latviya Dövlət Sərhəd Mühafizə Xidmətindən verilən məlumata görə, 18 oktyabr bazar ertəsi günü sərhədçilər Belarusdan sərhədi qanunsuz keçmək üçün edilən 15 cəhdin qarşısını alıblar.

Fövqəladə rejimin tətbiqindən bəri üçüncü ölkədən dövlətin ərazisinə girməyə çalışan 402 immiqrant sərhəddə saxlanılıb.

Daha əvvəl fövqəladə vəziyyət 11 avqustdan 10 noyabra qədər müəyyən edilmişdi.

Oxşar xəbərlər
OTACI