Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak oldu

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Konqo Demokratik Respublikasının cənubunda yük maşınının qəzaya uğraması nəticəsində onlarla insan ölüb.

Press.az xəbər verir ki, bu barədə yerli “Actualite” nəşri bölgə səlahiyyətlilərinə istinadən məlumat verib.

Qeyd edilir ki, yük maşını idarəetmədən çıxaraq Yuxarı Katanqa əyalətində Kalume-Nqonqo çayına düşüb.

Əyalət hökumətinin sözçüsü Josef Kayumba qəza zamanı 50 nəfərin həlak olduğunu, yalnız 2 nəfərin sağ qaldığını bildirib.

Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdirir, ölənlərin sayı arta bilər.

Oxşar xəbərlər
OTACI