Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gülağa Aslanlının ürəyinə stent qoyuldu

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı əməliyyat olunub.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

O qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunan Gülağa Aslanlı səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib.

Məlumata görə, G. Aslanlının ürəyinə iki stent qoyulub, əməliyyat uğurla keçib.

Arif Hacılı onun səhhətinin normal olduğunu, sabah xəstəxanadan evə buraxılacağını bildirib.

//modern.az

Oxşar xəbərlər
OTACI