First slide

Bu il Azərbaycanda qeydiyyatdan keçən xarici investorların sayı məlum olub

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvar-sentyabr aylarında 8 628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7 % çoxdur.

Press.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) yaydığı məlumatda qeyd edilir.

DVX-nin məlumatına görə, həmin qurumların 82,9 %-i elektron qaydada, 17,1 %-i isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,5 % təşkil edib.

Cari ilin sentyabr ayında 1 146 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 36,9 % çoxdur. Ay ərzində dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 960-ı elektron qaydada, 186-sı isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.

2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçmiş kommersiya qurumundan 91 %-i yerli investisiyalı, 9 %-i xarici investisiyalı qurumlardır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 36,3 % artıb. 2021-ci ilin oktyabr ayının 1-nə 16 499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 11 076-nın fəaliyyəti aktiv olub, 4 544-nün fəaliyyəti dayandırılıb, 879-u isə ləğv edilib.

Sentyabr ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı şirkətlərinin 35,7 %-i Türkiyə investisiyalı vergi ödəyicisidir.

Həmçinin bu siyahıda olan hüquqi şəxslərin 14,3 %-i İran, 11,6 %-i Gürcüstan, 5,4 %-i Pakistan, 4,5 %-i Çin, 3,6 %-i Şri-Lanka və 2,7 %-i Rusiya investisiyalı vergi ödəyicilərinin payına düşür.

Oxşar xəbərlər
OTACI
OTACI