Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir Kukla Teatrının direktorunu mənimsəməyə görə işdən çıxarıb

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Press.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyindən faktı Press.az-a təsdiqləyiblər. 

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb: “Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”. 

Oxşar xəbərlər
OTACI