Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda döyülmüş halda tapılan azyaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək Rayon Polis Şöbəsinə gətirilib:

“Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib. Azyaşlı himayəsində yaşadığı bibisinə təhvil verilib”.

Qeyd edək ki, yayılan məlumatlara görə, tapılan uşağın anası və atası tərəfindən döyülərək küçəyə atıldığı iddia edilirdi.

Oxşar xəbərlər
OTACI