Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Birinci sinif şagirdi koronavirusdan vəfat edib? - AÇIQLAMA

19 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbinin bəzi KİV-də koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbdən Trend-ə bildirilib ki, məktəbli koronavirusdan vəfat etməyib. Şagirdin başqa xəstəlikləri olub: "Şagirdimiz K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna müalicə üçün aparılsa da orada vəfat edib".

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.

Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.

Oxşar xəbərlər
OTACI