Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMA

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sərnişindaşıma tarifinin artırılması və ümumiyyətlə, qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ünvanlamayıb”.

Press.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, son dövrlər, xüsusilə də son 2 ildə digər sahələrdə müəyyən qiymət artımı baş verdikdə, nədənsə “Bakı Metropoliteni”nin gediş haqqı məsələsi də gündəmə çıxarılır: “”Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı qiymətlərinin tənzimlənməsi məsələlərinə yalnız Tarif Şurası baxır, qiymətlərin tənzimlənməsi qurumun səlahiyyətləri çərçivəsindədir”.

Oxşar xəbərlər
OTACI