Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üç ölkənin parlament komitələri görüşdü

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ankarada Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşü keçirilib.

Press.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Toplantıda əsas müzakirə mövzuları regional əməkdaşlığıq, Qara dəniz bölgəsində mövcud problemlər və onların həlli yolları, parlamentlərarası əlaqələrin gücləndirilməsi və üçtərəfli əməkdaşlığı möhkəmləndirəcək yeni təşəbübslər olub.

İclas çərçivəsində Gürcüstan parlamentinin üzvləri Türkiyə Böyük Millət Məclisində Dostluq Qrupunun üzvləri ilə görüş keçiriblər. Tərəflər Gürcüstanın işğal altında olan ərazilərində vəziyyət, iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanları və Türkiyənin Gürcüstanı NATO-ya inteqrasiya yolunda dəstəkləməsi məsələləri nəzərdən keçirilib.

Oxşar xəbərlər
OTACI