Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİQQƏT: Kirayə ev vermək adı ilə vətəndaşları aldadılır - FOTO

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir qrup şəxs əlbir olaraq kirayə ev vermək adı ilə vətəndaşları aldadır.

Press.az-ın məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Bildirilib ki, elan saytlarında kirayə ev elanı verən şəxs vətəndaşları aldadaraq onlardan pul alıb, sonra isə yoxa çıxıb.

Belə ki, kirayə evdə hazırda xanımların qaldığını və evi yenidən kirayə tutmaq üçün öncədən ödəniş verilməsinin lazım olduğunu bildiriblər. 

Dələduzlar evdə kirayə qalacaq şəxslərin etimadını qazanmaq üçün onlara şəxsiyyəti təsdiq edən sənədin fotoşəklini göndərən şəxs bank kartının şəklini göndərərək evin əldən çıxmaması üçün onlardan 200 manat ödəniş etməyi tələb ediblər. Ödəniş edildikdən sonra isə onlar əlaqə telefonlarını bağlayaraq yoxa çıxıblar .

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-nin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ barədə məlumatlıdırlar:

“Artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır”.

Oxşar xəbərlər
OTACI