Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polad Həşimovun plakatını yanğından xilas edən şəxs: "Allah, elə bil, mənə güc verdi" - VİDEO

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın zamanı yanğın zamanı bir şəxs dükanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını almışdı.

Press.az xəbər verir ki, hadisə baş verərkən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ərazidə taksi fəaliyyəti ilə məşğul olan Natiq Ağayev bir növ qəhrəmana çevrildi. 

Həmin anla bağlı İctimai TV-yə danışan Natiq bildirib ki, plakat divara möhkəm bərkidildiyindən əvvəlcə onu qopara bilməyib. Yanğının istisinə baxmayaraq plakatı yanan obyektdə uzaqlaşdıran bu şəxs onu polis əməkdaşlarına təhvil verib: 

 

Oxşar xəbərlər
OTACI