Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Squid Game” 900 milyon dollara yaxın gəlir əldə edib - FOTO

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Netflix” xidməti cənubi Koreyanın “Squid game” serialından qazanacağı məbləği açıqlayıb. Şirkətin hesablamalarına görə film təqribən 900 milyon dollar gəlir gətirəcək.

Bildirilir ki, serial 21,4 milyon dollara (hər seriya 2,4 milyon dollar) başa gəlib. Xidmətin hesablamalarına görə artıq 890 milyon dollar mənfəət əldə edilib. Beləliklə, film ona xərclənən puldan 40 dəfə artıq qazanıb.

Qeyd edək ki, Squid game maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə ölürlər.

Ekran işi premyerasından 25 gün sonra 111 milyon baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını qabaqlayıb.

 

Oxşar xəbərlər
OTACI