Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qələbə Yürüşü” kuboku uğrunda mübarizə başa çatdı

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zəfər bayramı ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası vətənpərvərlik ruhunda təşkil olunacaq yarışlar silsiləsinə start verib. Belə ki, 15–16 oktyabr 2021-ci il tarixlərdə “Sərhədçi Atçılıq Mərkəzi”-nin açıq manejində “Qələbə Yürüşü” kuboku uğrunda konkur yarışları keçirilib.

Press.az-ın məlumatına görə, “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

İlk yarış 15 oktyabr tarixində saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 9 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Elit Atçılıq klubu”-nun idmançısı Məhəmməd İsgəndərov “Meq” ləqəbli atla 2-ci yerin sahibi olub. 3-cü yerdə “Sərhədçi Atçılıq klubu”-nun idmançısı Qəzənfər Fərzəliyev qərarlaşıb.

Günün 2-ci yarışı saat 13:30-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə, hündürlüyü 110 sm olan yarışda 12 idmançı iştirak edib. Nəticədə “Gilan Atçılıq Klubu”-nun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 1-ci yerin sahibi olub. 2-ci yerə “Sərhədçi Atçılıq Klubu”-nun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla yüksəlib. 3-cü yerdə “Elano C” ləqəbli atla “Murad Atçılıq Klubu”-nun idmançısı Kənan Novruzov qərarlaşıb. “Sərhədçi Atçılıq Klubu”-nun idmançısı Seyid Musayev ikinci atı olan “Zirvə” ləqəbli atla 4-cü yerin sahibi olub. 5-ci yerdə “Murad Atçılıq Klubu”-nun idmaçısı Kənan Novruzov “D’Amour” ləqəbli atla qərarlaşıb.

Nəhayət, 16 oktyabr  tarixində saat 12:00-dan etibarən üçüncü və turnirin son yarışına start verilib. “M**” kateqoriyalı 125 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Qələbə Yürüşü” kubokunun sahibi olub. “Sərhədçi Atçılıq Klubu”-nun idmançısı Seyid Musayev “Zirvə” ləqəbli atla 2-ci və “Ayla” ləqəbli  atla 3-cü yerdə qərarlaşıblar.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI