Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada baş verən ağır yol qəzasında 3 nəfər öldü, yaralanan var

17 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.

Press.az-ın məlumatına görə, Alekseyevka kənd sakini,1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Oxşar xəbərlər
OTACI