Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə erməni terrorunun qurbanları yad edilir - FOTO

17 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

Press.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş təşkil edilib.

Oktyabrın 16-dan 17-ə keçən gecə keçirilən yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərmək olub.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət 1000 nəfər gəncin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayaraq, terror hadisəsinin törədildiyi əraziyə qədər davam edib. Yürüş zamanı gənclər tərəfindən terror qurbanlarının xatirəsinə şamlar yandırılaraq, yad edilib.

Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən media nümayəndələrinin və gənclərin önündə Azərbaycan gəncləriadından bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Daşkəsən, Goranboy, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Qəbələ, Kürdəmir, Xızı şəhərləri və ətraf yaşayış məntəqələrində yaşayan mülki əhalini qəsdən hədəf alan hücumlarını şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirləri görməyə çağırır.

Gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun terror qurbanı olmuş mülki vətəndaşlarımızın qanını yerdə qoymadığını, şəhidlərimizin şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini qeyd ediblər.

Yürüşdə iştirak edən gənclər terror qurbanları və Vətən müharibəsi şəhidlərini dərin ehtiramla yad ediblər.

Oxşar xəbərlər
OTACI