Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

18 yaşında "Zirə"nin kapitanı oldu - Qol vurdu

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə səfər oyunda "Zirə"ni meydana 18 yaşlı müdafiəçi Cəlal Hüseynov çıxarıb.

Press.az xəbər verir ki, bununla da o, komandanın tarixinə ən gənc kapitan kimi düşüb. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov bu məsələyə toxunub. O, Cəlal Hüseynovun gələcəkdə milli komandanın əsas futbolçularından biri ola biləcəyini deyib: 

“Heyətdə başqa təcrübəli futbolçular da var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.

Qeyd edək ki, "Qəbələ" ilə 1:1 hesabı ilə başa çatan oyunda "Zirə"nin yeganə qolunu da başla məhz Cəlal Hüseynov vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI