First slide

Braziliyada turistlərin olduğu qayıq batdı

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Braziliyanın cənub-qərbindən keçən Paraqvay çayında turistlərin olduğu qayıq qəzaya uğrayıb.

Press.az xəbər verir ki, bu barədə yerli “Prensa Latina” agentliyi məlumat yayıb.

Qəza nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər itkin düşüb.

İlkin məlumatlara görə, göyərtəsində 21 nəfərin olduğu turist gəmisi güclü külək səbəbindən aşıb və batıb.

Bildirilib ki, Korumba şəhərindəki otellərdən birində qalan turistlər hər gün qayıqla balıq tutmağa gedirmişlər.

Axtarış-xilasetmə əməliyyatına 12 dalğıc cəlb edilib.

Oxşar xəbərlər
OTACI
OTACI