First slide

Hikmət Hacıyev: "Diplomatların Qarabağda erməni vəhşiliklərini görməsi mühümdür"

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycandakı xarici diplomatik korpus nümayəndələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra artıq 7-ci dəfədir azad olunmuş ərazilərə səfər edirlər".

Bunu “Report”un bölgəyə ezam edilmiş müxbirinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu cür səfərlərdə əsas məqsəd Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklər və vandallıqlarla yerində tanış olmaqdır. Ermənistan tərəfi əməllərini inkar və ya başqa cür ört-basdır etməyə çalışsalar da, diplomatlar onların əməllərini öz gözləri ilə görəndən sonra inkar etmək mənasızdır", - o bildirib.

H.Hacıyev həmçinin vurğulayıb ki, bu cür səfərlərlə xarici diplomatların Qarabağda görülən bərpa və yenidənqurma işləri ilə tanış olmaları mühümdür: "Belə ki, diplomatların gördüklərini hökumətlərinə çatdırması gələcəkdə həmin ölkələrin azad edilmiş bölgələrimizdə gedən quruculuq işlərində iştirak etməsinə, buraya sərmayə qoymasına təkan verə bilər".

Oxşar xəbərlər
OTACI
OTACI