Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda anti-Rusiya isterikası davam edir

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda anti-Rusiya isterikası özünü müxtəlif formada göstərməyə davam edir. Dünən də Ermənistanın paytaxtı İrəvanda qərbçi və radikal müxalifətçi “Milli Demokratik Qütb”-ün (MDQ) təşkilatçılığı ilə Rusiya əleyhinə yürüyüş-mitinq keçirilib.

Aktiv funksionerləri “Sasna Ser” qruplaşmasının üzvləri, lideri isə Jirayr Sefilyan olan MDQ yürüyüşdə Koçaryana, Rusiya Federasiyasına, həmçinin Vladimir Putinə təhqiramiz şüarlar səsləndiriblər.

Birmənalı şəkildə qərbyönümlü olduğunu bəyan edən MDQ-nin sözügedən aksiyasının təşkilatçısı və maliyyə dəstəkçisi Rusiya Federasiyasındakı erməni lobbisinin rəhbərləridir.

"Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə məsələni Trend-ə şərh edərkən Ermənistanın daha çox xaricdən, eyni zamanda diaspora vasitəsi ilə idarə olunan dövlət olduğunu qeyd etdi. Həmçinin, bildirdi ki, diasporalar da öz nüfuzlarını qorumaq üçün bu cür mitinqlərə əl atırlar: "Açıq-aşkar görünür ki, Qərb ümumiyyətlə Ermənsitan siyasətinə böyük təsir göstərə bilmir. Aksiyanın da əsas səbəbi orada iştirak edən insanların arxasında duran qüvvələrin cari siyasi dəsti-xətti bəyənməməsidir. Ermənsitan cəmiyyətinə təsir göstərmək istəyənlər, xarici diasporalar, həmçinin Rusiyadakı erməni lobbisi cari vəziyyətdə oyundankənar qaldıqları üçün narahatdırlar və yenidən oyuna qayıtmaq niyyətindədirlər. Rusiyaya göstərmək istyəyirlər ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ, eyni zamanda, Ermənsitan hakimiyyətinin də etiraf etdiyi dəmir yolu ilə yanaşı, avtomobil yolunun açılmasına razılıq keçmiş iqtidarla əlaqəli olan insaları narahat edir.

Rusiyadakı erməni lobbisi İrəvanda müxalifətçilərin yürüşünü təşkil etməklə Moskva-İrəvan münasibətlərində önəmli amil olduğunu nəzərə çatdırmaq və bu minvalla Moskvanın Ermənistanla bağlı yürütüdüyü siyasətə təsir etmək niyyətindədir".

Oxşar xəbərlər
OTACI