Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərbaycan Vanhong Ceramics Co.” MMC qeydiyyata alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi bildirib.

“Azərbaycan Wanhong Ceramics Co.” MMC ilə Sənaye Parkı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə imzalanıb, MMC-nin Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınması haqqında “Sənaye Parkının qeydiyyat şəhadətnaməsi” təqdim edilib.

Bununla bağlı keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, qeyri-neft sektorunun inkişafında sənaye zonalarının əhəmiyyətini qeyd edib, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib.

Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin sədri Fan Jiangshan Azərbaycanda əlverişli biznes və investisiya mühitindən məmnunluğunu bildirib, Sumqayıt Kimya Sənaye Parkında sahibkarlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib. Qeyd edilib ki, 100 % Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri 40 milyon ABŞ dolları, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfərin daimi işlə təmin olunacaq. Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin Çin, Özbəkistan, Səudiyyə Ərəbistanı və İranda keramik plitələr istehsal edən zavodları var.

Oxşar xəbərlər
OTACI