Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnvestisiya Holdinqinin iclasında AZAL, “BakuBus” və metronun fəaliyyəti müzakirə edilib

16 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə növbəti iclas keçirilib.

Nazirlər Kabinetindən Press.az-a verilən məlumata görə, toplantının gündəliyində nəqliyyat sektoruna aid 4 portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

Oxşar xəbərlər
OTACI