First slide

Xudatda "patı" satanlara qarşı əməliyyat keçirilib - FOTO

15 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI