Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda küçə yarımçıq asfaltlanıb? - AÇIQLAMA + VİDEO

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda küçənin yarımçıq asfaltlanması müzakirə obyektinə çevrilib.

Press.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Söhbət 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Heydər Hüseynov küçəsindən gedir. Vətəndaşlardan biri ərazidən keçərkən avtomobil yolunun asfaltlandığını, lakin piyada səkisinin diqqətdən kənar qaldığını əks etdirən görüntülər lentə alıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə aparılan təmir işləri hələ yekunlaşmayıb:

“Burada iş hələ tam bitməyib. İş bitdikdən sonra AAYDA-nın rəsmi səhifələrində bu barədə məlumat yerləşdiriləcək”.

Oxşar xəbərlər
OTACI