Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çavuşoğlu: "Taliban" Ankaradan humanitar yardımın davam etməsini istəyib"

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Taliban" ölkədə birlik və bərabərlik istəsə, Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır.

Press.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Taliban" hərəkatının nümayəndələri ilə danışıqlardan sonra bildirib.

Nazirin sözlərinə görə, danışıqlar zamanı Türkiyə tərəfi bir daha qızların təhsili və qadınların iş həyatına inteqrasiyası ilə bağlı tövsiyələrini verib.

Türkiyənin baş diplomatı deyib ki, "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib.

Çavuşoğlu əlavə edib ki, nümayəndə heyətinin üzvləri əfqan qaçqınlara vətənlərinə qayıtmaq istədikləri təqdirdə hər cür dəstək vermək niyyətində olduqlarını ifadə ediblər.

18:14

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə “Taliban”ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottaki arasında görüş başlayıb.

Press.az “Haber Global”a istinadən xəbər verir ki, “Taliban” təmsilçiləri keçən həftə ABŞ və Avropa İttifaqının nümayəndə heyəti ilə görüşmüşdü.

Məlumata görə, "Taliban" rəsmiləri gələn həftə Moskvada səfərdə olacaq.

Oxşar xəbərlər
OTACI