Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun xatirəsi yad edilib

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən torpaqlarının qorunması uğrunda gedən döyüşlərdə mərdlik və igidlik göstərərək şəhid olan polis əməkdaşı, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına ilk layiq görülənlərdən biri olan Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşları şəhidin xatirəsinə qoyulmuş abidəni və ev muzeyini ziyarət edib, ailəsini ziyarət ediblər. Şəhidin büstü önünə əklil qoyulub və güllər düzülüb.

Press.az-ın məlumatına görə, şəhidin ev muzeyində olan polis əməkdaşları onun həyat və xidmət yolunu əks etdirən fotolara və digər eksponatlara baxıblar. Daxili işlər orqanlarında xidmət etmiş Səfəralı Məmmədovun həyat və döyüş yolunun hər bir gənc polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğu, Milli Qəhrəmanın əziz xatirəsinin daim ehtiramla xatırlanacağı bildirilib.

Qeyd edək ki, şəhid Səfəralı Məmmədov Ağdam Rayon Daxili İşlər Şöbəsində post-patrul batalyonunda tağım komandiri vəzifəsində xidmət edib. O, 1992 - ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman döyüşərək qəhrəmanlıq göstərərək 29 yaşında şəhid olub.

Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib, oxuduğu məktəbin həyətində büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.

Oxşar xəbərlər
OTACI