Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb.

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Neftçalada Milli Qəhrəman Samid İmanovun büstü açılıb.

Press.az-ın məlumatına görə, Aprel döyüşlərinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun Neftçalada adını daşıdığı şəhər 1 saylı tam orta məktəbində büstünün açılışı olub.

Açılış mərasimində şəhid zabitin ailə üzvləri, yaxınları, Neftçala rayon icra hakimiyyətinin rəsmiləri, döyüşçü yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

XTQ-nin mayoru, şəhid Samid İmanovun qısa, lakin şərəfli ömrünə işiq tutlub. Onun qəhərmanlığı haqqında söz açılıb, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Aprel döyüşlərinin Zəfər qələbəsinə ilk cığçr açdığı xüsusi vurğulanıb. Yaşasaydı bu gün onun 40 yaşı olacaqdı.

Büstün üzərindən ağ örtük götürülüb. Şəhidin valideynləri və həyat yolldaşı diqqət və qayğıya görə hər kəsə minnətdarliğını bildiriblər.

Qeyd edək ki, şəhid Samid İmanov 1981-ci il oktyabrın 14-də Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 2016-cı il aprelin 3-dən 4-nə keçən gecə Talış kəndi uğrunda gedən döyüşlərdə şahədətə ucalıb.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Oxşar xəbərlər
OTACI