Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"ABŞ bununla çox böyük səhvə yol verdi" - PUTİN

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ dolları sanksiya aləti kimi istifadə etməklə böyük səhvə yol verir.

Press.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin CNBC televiziyasına müsahibəsində deyib.

Onun sölzərinə görə, ABŞ dövlət borcunun sürətli artımı və sanksiyalar dolların mövqeyini dağıdır:

“Məncə, ABŞ dollardan sanksiya aləti kimi istifadə etməklə çox böyük səhvə yol verir. Sadəcə olaraq biz dollarla tədarük etdiyi məhsulların pullarını müştərilərdən ala bilmirik. Bu nəyə gətirib çıxarır? Başqa seçimimiz yoxdur, başqa valyutalarda hesablaşmaya keçmək məcburiyyətindəyik.

Dollar dünyanın rezerv valyutası kimi öz mövqelərini itirir və dollarla hesablaşma həcmi azalır. Biz dollardan hesablaşmalarda tam imtina etməkdə maraqlı deyilik. Hələlik bu bizi qane edir”.

Oxşar xəbərlər
OTACI