Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə Nazirliyi hospitalın əməkdaşı iddia edilən şəxslə bağlı məlumatlara aydınlıq gətirib

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə yalan məlumat yayılıb".

Bu barədə Press.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu Baş Kliniki Hospitalında xidmət etmir: "Hesab edirik ki, təsdiqini tapmamış dedi-qodular əsasında belə məlumatların ictimailəşdirilməsi şanlı Zəfəri xalqımıza bəxş etmiş qalib Ordumuzun və Müdafiə Nazirliyinin imicinə xələl gətirən məqsədyönlü qara piardır, ucuz sensasiya məqsədi güdür.
Ordumuzun hər hansı bir qurumu barədə rəsmi təsdiqini tapmamış, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş, düşmən maraqlarına xidmət edə biləcək məlumatların elektron informasiya resurslarında, həmçinin digər kütləvi informasiya vasitələrində yayılmasını qətiyyətlə pisləyir, vətəndaşlarımızı və mətbuat nümayəndələrini belə addımlardan çəkinməyə çağırırıq.

Digər tərəfdən diqqətə çatdırırıq ki, qeyd olunan sənəd Müdafiə Nazirliyinin tibb müəssisələri tərəfindən deyil, hərbi qulluqçuların xidmət etdikləri müvafiq hərbi hissələr tərəfindən təqdim olunur".

Oxşar xəbərlər
OTACI