Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatı müzakirə ediblər-FOTO

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Bu barədə Press.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
OTACI