First slide

Bakı-Quba yolunun 16-30-cu km-lik hissəsində təmir yekunlaşmaq üzrədir

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M1 magistralının (Bakı-Quba-Rusiya ilə dövlət sərhədi) 16-30-cu km-lik hissəsində apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.

Press.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda yenidənqurma işləri sözügedən yolun 28-30-cu km-lik hissəsində aparılır.

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq işlər sonuncu 2 km-lik hissədə aparılır.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Oxşar xəbərlər
OTACI
OTACI