Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşğaldan azad olunmuş ərazilərdə heyvan xəstəliklərindən azad zona yaradılacaq - RƏSMİ + FOTO

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İşğaldan azad olunmuş ərazilərdə heyvan xəstəliklərindən azad zona yaradılacaq.

Press.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

Bildirilib ki, hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətindən sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

 

İşğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağı hüquqi bazanın yaradılması və təşkilati işlərin görülməsinə başlanılıb.

“Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası barədə məlumatlar, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək”, - deyə, AQTA sədri əlavə edib.

Oxşar xəbərlər
OTACI