Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

KİV: Erməni hərbçiləri arasında böyük narazılıq dalğası yetişir

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Heç kimə sirr deyil ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və komandası günahlarından və məsuliyyətdən yaxa qurtarmaq üçün ardıcıl olaraq günahkarların axtarışına çıxıb.

“Aydındır ki, “Vətəndaş Müqaviləsi”nin nümayəndələri hakimiyyət dəyişikliyindən sonra müharibənin əsl səbəblərinin və Ermənistanın  kapitulyasiyasının ifşa olunacağını çox yaxşı başa düşürlər”, - mənbə yazır.

Bu səbəbdən rəsmilər iddialar uydurmağa, “odlu” ifadələr səsləndirməyə, günahı ordu rəhbərliyinə və əvvəlki hökumətin üzərinə yükləməyə çalışırlar.

Lakin hüquq-mühafizə orqanlarının ordunu keçmiş hökumətin nümayəndələrinə qarşı yalan ifadə verməyə inandırmaq üçün etdiyi bütün cəhdlər indiyə qədər uğursuz olub.

“Ermənistan hakimiyyəti hətta müəyyən vədlər bahasına belə bu məqsədə nail ola bilmir. Üstəlik, hərbçilər arasında böyük bir narazılıq dalğası yaranır”, - mənbə yazır.

Oxşar xəbərlər
OTACI