Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır – XİN rəsmisi

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskva Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların bütün müddəalarının qeyd-şərtsiz icrasının tərəfdarıdır.

Press.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinq zamanı deyib.

O bildirib: "Ümumi vəziyyətə gəldikdə, biz ümid edirik ki, müddəaların icra olunması ilə Bakı-Yerevan münasibətlərinin normallaşması, o cümlədən mövcud ikitərəfli mürəkkəb məsələlər baxımından zəruri şərtlər yaradılacaq".

Oxşar xəbərlər
OTACI