First slide

Vətən müharibəsi şəhidi Goranboyda dəfn edilib - YENİLƏNİB

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsi şəhidi gizir ixtiyar Əliyev dəfn edilib.

Şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Baş prokurorluq  Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhidin valideynlərinin istəyi ilə təkrar keçirilən DNT analizlərinin cavablarına əsasən şəhid olan hərbi qulluqçunun İxtiyar Əliyev olduğöu təsdiq edilib. 

12:00

Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan gizir İxtiyar Əliyevin nəşi ailəsinə təhvil verilib.

Hazırda onun ailəsinin yaşadığı Goranboy rayon Goranlı kəndində şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Goranlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.

Mərhum ailəli idi, övladı isə yoxdur.

Allah rəhmət etsin!

11:45

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

Şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00-da vida mərasimi keçiriləcək.

Report

Oxşar xəbərlər
OTACI
OTACI