First slide

Özəl məktəbin şagirdləri koronavirusa yoluxdu, lakin sinif distant təhsilə keçmədi - SƏBƏB

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Modern Təhsil Kompleksində iki şagird COVİD-19-a yoluxub, lakin həmin şagirdlərin təhsil aldığı siniflər bütövlükdə distant təhsilə keçməyib. Sadəcə koronavirusa yoluxan şagirdlər onlayn tədrisə cəlb olunub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib. O bildirib ki, bunu Gigiyena və Epidemiologiya mərkəzi müəyyənləşdirir:

"Dövlət məktəblərində bir qayda olaraq koronavirusa yoluxma halı baş verəndə, həmin sinif bir müddət distant təhsilə keçir və karantin dövründən sonra yenidən əyani təhsilə qayıdır. Görünür həmin özəl məktəbdə digər şagirdlər arasında yoluxma halı baş vermədiyindən distant formaya keçilməyib".

Trend

Oxşar xəbərlər
OTACI
OTACI