Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən 1 ədəd “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI