Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kommunal xidmət kartlarına onlayn pul YÜKLƏMƏK OLAR? - AÇIQLAMA

14 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlar vətəndaşların daha rahat və onlayn ödəmə üsullarından istifadə edə bilmələri üçün yeni imkanlar açılır. Artıq bir çox xidmət ödəmələri internet üzərindən həyata keçir.

Press.az xəbər verir ki, bu günlərdə isə “BakıKart”la bağlı internet portalı üzərindən ödəmənin tətbiqinə başlanılıb.

Belə ki, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

Məsələ kommunal xidmətlərin də bu üsulla tətbiqini gündəmə gətirib. Bəllidir ki, “Azəriqaz”, “Azərişıq” və “Azərsu” ya məxsus smart tipli sayğacların kartını ödəmə terminallarına daxil etməklə balansı artırmaq mümkündür.

Maraqlıdır, bu kartların da balansını internet üzərindən birbaşa artırmaq mümkün olacaqmı?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında belə bir tətbiqin mövcudluğunu, amma tam işlək halda olmadığını deyib: “Fərdi qaydada smart kartlara vəsaitin otuzdurulması prosesi uzun müddətdir var. Proses olaraq SOCAR və “Azəriqaz” bununla bağlı layihə hazırlayıb. Problem ondadır ki, ilkin olaraq abonent kart oxuyucusu almalıdır. Bildiyim qədər bu, onlayn internet şəbəkələrində satışda olur.

Onun evdən və ya məsafədən yüklənməsi prosesi internet şəbəkə üzərində müəyyən xətalar verir. Bu səbəbdən biz birbaşa vətəndaşlara açıq şəkildə bunu elan etməmişik ki, hər kəs fərdi qaydada özü kartına evdən, yaxud məsafədən vəsait otuzdura biləcək”.

Qurum rəsmisinin sözlərinə görə tətbiq zamanı müəyyən xətalar və vəsait itmələri mümkündür: “Sistem tam hazırlanmayıb. Bu problem internet şəbəkəsi üzərindən getdiyinə və təhlükəsizliyə görə hal-hazırda tam həllini tapmayıb”.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, “BakıKart” başqa tiplidir, ora NFS texnologiyasi ilə internet ödənişi sistemlərindən yükləmə etmək olur: “Bizdə istifadə olunan kartlar “chipli” olduğuna görə bu tipli kartlara yalnız “reader” vasitəsilə balans yükləmək mümkündür. Ödəniş sistemlərindən bu kartlara onlayn balans artırmaq olmur”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə hələlik sözügedən tətbiqin hazırlanmasının nəzərdə tutulmadığını qeyd edib.

Oxşar xəbərlər
OTACI