Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Real" və "Atletiko"nun oyunları təxirə salındı

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salmaq qərarına gəlib.

Press.az "Marca"ya istinadən xəbər verir ki, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə reallaşmayacaq.

Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.

Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.

Xatırladaq ki, 8 turdan sonra "Real" La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI