Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN: "Yasamalda yaşayış binasındakı yanğın söndürülüb"

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Press.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

20:25

Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.

Bu barədə Press.az-a hadisə şahidləri məlumat verib.

Bildirilir ki, yanğın Yasamal yaşayış kompleksində qeydə alınıb.

Yanğına səbəb elektrik xətlərinin alışması göstərilir.

Oxşar xəbərlər
OTACI