Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Legiya" Mahir Emreli ilə bağlı açıqlama yayıb

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.

Press.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçudan götürülmüş 3-cü analizin nəticəsinin də mənfi çıxdığını açıqlayıb.

Tezliklə komanda ilə məşqlərə qoşulacaq forvardın "Lex"ə qarşı çempionat matçında oynayacağı bildirilib.

Daha əvvəl AFFA Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI