Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı məktəblərində keçirilən diaqnostik qiymətləndirmə başa çatıb

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən II-IX siniflər üzrə keçirilən ikigünlük diaqnostik qiymətləndirmə başa çatıb.

İdarədən Press.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələri şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 13 100 şagird iştirak edib.

Şagirdlərə ibtidai siniflər üzrə 20, V siniflər üzrə 30, VI siniflər üzrə 40, VII siniflər üzrə 45, VIII-IX siniflər üzrə isə 60 sual təqdim edilib.

Riyaziyyat, xarici dil və tədris dili üzrə ibtidai siniflər 40, V siniflər 60, VI siniflər 80, VII siniflər 90, VIII-IX siniflər isə 120 dəqiqə vaxt ərzində sualları cavablandırıblar.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.

Oxşar xəbərlər
OTACI