Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vahid əlaqələndirmə mərkəzlərinə 1700-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu günədək Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1716 şəxs (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 187 şəxs) müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Press.az-a verilən məlumata görə, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.
İlkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan bu mərkəzlərdə 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanı olmaqla 19 quruma aid 26 xidmət göstərilir.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 420 müraciət;

• Müdafiə Nazirliyi üzrə 679 müraciət;

• Səhiyyə Nazirliyi üzrə 43 müraciət;

• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 81 müraciət;

• Yerli icra hakimiyyəti orqanları üzrə 122 müraciət;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 37 müraciət;

• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 147 müraciət.

• Çağrı mərkəzi–142 üzrə 187 müraciət

Oxşar xəbərlər
OTACI