Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxmaqdan şübhələndikdə ilk nə etmək lazımdır?

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusa yoluxduğundan şübhələnən insan ilk növbədə test verib, yoluxub-yoluxmadığını dəqiqləşdirməlidir.

Press.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, bəzi hallarda insanlar yoluxduqlarından şübhələndiyi zaman kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirlər: “Bu, doğru addım deyil. Çünki əksər hallarda yoluxmanın ilk dövründə virus ağciyərlərə təsir etmir.

İnsanlar isə ağciyərlərə təsirin olmadığını görüb arxayınlaşırlar, lakin sonradan infeksiya ağırlaşmalara səbəb olur. Bu baxımdan ən doğru addım COVID-19 testi verərək virusa yoluxub-yoluxmadığını müəyyənləşdirməkdir”.

Qeyd edək ki, indiyədək Azərbaycanda ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12 861 nəfərdir.

Yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ötən müddət ərzində ümumilikdə 4 969 881 test aparılıb.

Oxşar xəbərlər
OTACI