First slide

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 545-ə çatıb

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 545-ə çatıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, marafon Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyır. Bu məqsədlə marafona qoşulan işəgötürənlərin 286-ı dövlət, 259-u isə özəl müəssisələrdir.

Onlar tərəfindən marafona artıq 2957 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 866 nəfər (o cümlədən 140 şəhid ailəsi üzvü və 726 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

 

Oxşar xəbərlər
OTACI
OTACI