Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika naziri Pərviz Şahbazov Rusiyaya səfər edib

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.

Press.az-ın məlumatına görə, 13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrə qatılacaq.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI