Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İmişlidə 41 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində ölüb

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli Rayon Prokurorluğundan Press.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI