Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaxın Qaratala kənd orta məktəbi təhlükəli vəziyyətdədir - AÇIQLAMA

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax rayonunun Qaratala kənd məktəbinin mövcud vəziyyəti ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Videodan aydın olur ki, məktəb təhlükəli vəziyyətdədir.

Press.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyini İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlama verib.

O bildirib ki, sözügedən məktəblə bağlı müvafiq tədbirlər görüləcək:

"Bütün təmirə ehtiyacı olan və ya yenidən təmir edilməsi labüd olan məktəblər gündəmimizdədir. Bu məktəblə bağlı da müvfiq instansiyalara məlumat verilib. Hər il dövlət tərəfindən məktəblərin təmiri və ya yenilərinin inşa edilməsi istiqamətində işlər aparılır. Bu məktəblə bağlı da tədbir görüləcək".

Oxşar xəbərlər
OTACI