First slide

"Nou Kamp"ın 100 faiz doldurulmasına icazə verildi

12 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona"nın ev oyunlarında azarkeşlərlə bağlı məhdudiyyət tam aradan qaldırılıb.

Press.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya höküməti mədəni və idman tədbirlərinin təşkili zamanı pandemiya ilə bağlı azarkeşlərə və tamaşaçılara qoyulan qadağını ləğv edib.

Qərara əsasən "Barselona"nın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun azarkeşlərlə 100 faiz doldurulmasın icazə verilib.

Qeyd edək ki, "Barselona" oktyabrın 17 -də La Liqada evdə "Valensiya"nı, oktyabrın 20-də isə Çempionlar Liqasında Kiyev "Dinamos"unu qəbul edəcək.

Oxşar xəbərlər
Category news

video_icon

tr_star

16 Oct 2021

OTACI
OTACI